Bon Jovi

Bon Jovi
Loqonun şəkli
Bon Jovi qrupunun konserti (2007)
Bon Jovi qrupunun konserti (2007)
Əsas məlumatlar
Üslub hard-rok
qlem-metal
həvi-metal
soft-rok
Fəaliyyət illəri 1983—h.h.
Ölkə ABŞ ABŞ
Şəhər Seyrevill, Nyu-Cersi
Dil ingiliscə
Leybl Island Records
Mercury Records
Mercury Nashville
Heyət Con Bon Covi
Riçi Sambora
Devid Brayan
Tiko Torres
Keçmiş üzvlər Alek Con Saç
www.bonjovi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bon Jovi — 1983-cü ildə ABŞ-nin Nyu Cersi əyalətində Riçi Sambora, Tiko Torres, Devid BrayanAlek Con Saçdan ibarət olan heyəti ilə Con Bon Covi tərəfindən qurulmuş bir rok qrupu. 1994-cü ildə qrupun bass gitaristi Alek Con Saçın ayrılması istisna olmaqla, qrup təxminən 30 ildir eyni heyət ilə fəaliyyətini davam etdirir.

Bon Jovi, karyerası boyunca 11 studiya albomu, 3 yığma albom və 1 də konsert (canlı) albomu yayımlamışdır. Bütün dünyada günümüzə qədər 130 milyonluq albom satışı[1][2] əldə edən qrup, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, AfrikaAvstraliyada müxtəlif şəhərlərdə cəmi 50 ölkədə 2700 konsert vermiş və 35 milyon adam canlı performanslarını izləmə şansı əldə etmişdir.

Bon Jovi 2006-cı ildə İngiltərədə UK Music Hall of Fame tərəfindən şərəfləndirildi[3]İngilis Q jurnalının 2004-cü ildə hazırladığı "Bütün Zamanların Ən Böyük 50 qrupu" sıralamasında 14-cü sırada yer aldı[4]. Qrup, 2004-cü ildə Amerikan Musiqi Mükafatlarında "Həyat Boyu Ləyaqət" mükafatı[5], 2005-ci ildə isə Dünya Musiqi Mükafatlarında bütün dünyada 100 milyonu keçən albom satışları səbəbiylə "Almaz Mükafatı" ilə şərəfləndirildi[6]. Bon Jovi, 1990-cı illərdə MTV-nin reallaşdırdığı MTV Unplugged seriyalarına da ilham qaynağı olmuşdur.

  1. Gary Graff (6 Noyabr, 2010). Qrupun 130 milyonluq albom satışı Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine. The Oakland Press.
  2. "Qrupun 120 milyonluq albom satışı və Qremmi mükafatları haqqında". 2009-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-24.
  3. "Bon Jovi, UK Hall of Fame'də". 2011-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-24.
  4. "Q: Bütün dövrlərin ən böyük qrupu hansıdır? A: Dinləyicilər təsdiq etdi..." 2014-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-24.
  5. "Bon Jovi, Amerikan Musiqi Mükafatlarında". 2009-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-24.
  6. "Bon Jovi, Dünya Musiqi Mükafatlarında". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-24.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne